Vens İsveçrəyə nə vaxt gedəcəyini AÇIQLADI

Vens İsveçrəyə nə vaxt gedəcəyini AÇIQLADI
18.06.2026 20:15 Dünya

ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu üzrə imzalanma mərasiminin İsveçrədə keçirilməsi böyük ehtimalla həftəsonuna təsadüf edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-nin vitse-prezidenti Cey Di Vens məlumat verib.

"Planımız İsveçrəyə getməkdir. Bunun nə vaxt baş verəcəyini dəqiq bilmirəm. Güman edirəm ki, bu həftəsonu olacaq, amma əmin deyiləm", – deyə o bildirib.

Vens, bunun Tehrandan asılı olduğunu da qeyd edib:

"Bu, sadəcə iranlıların oraya nə vaxt çatacağından asılıdır. Hazırda bunu həll etməyə çalışırıq. Amma yenə də düşünürəm ki, bu, yaxın həftəsonu günlərində baş verəcək".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər