Vəhşi qaban metroya girdi, dörd nəfəri yaraladı

Dünya

02.03.2026 18:30

Honkonqda vəhşi qaban şəhər mərkəzində küçədə qaçaraq metro stansiyasına və ticarət mərkəzinə daxil olub.

TodayPress TV  xəbər verir ki, bu barədə "The Standard" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə fevralın 27-si axşam saatlarında baş verib. Heyvan izdihamlı küçədə qaçarkən azı dörd nəfəri yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Metro stansiyasında qabanla qarşılaşan şəxslərdən biri də xəsarət alıb.

Polis əməkdaşları yaşayış kompleksinin yaxınlığında ərazini mühasirəyə alaraq heyvanı zərərsizləşdirməyə çalışıblar. Lakin qaban kordonu yararaq hadisə yerindən uzaqlaşıb. Təxminən bir saat sonra o, yolu keçərək kolluq ərazidə gözdən itib.

Qeyd olunub ki, heyvanın axtarışı üçün polis və sakitləşdirici tapança ilə təchiz olunmuş baytar briqadası cəlb edilib.

Jalə Rövşən 

TodayPress TV

tag: Honkonq,Qaban ,Metro ,Ticarət Mərkəzi ,Todaypress.tv,