"Uşaqları geyindir!" - Moskvada azərbaycanlı ailənin dəhşətli anları - VİDEO
Moskvada yaşayan azərbaycanlı ailə Ukraynanın pilotsuz uçuş aparatlarının hücumunu anbaan kameraya çəkib.
TodayPress TV xəbər verir ki, kadrlarda hava hücumundan müdafiə sistemi olan “Pantsir-S1”in PUA-nı vurmağa cəhd etdiyi, lakin buna nail ola bilmədiyi görünür.
Bir neçə saniyə sonra dron birbaşa neft emalı zavoduna çırpılır.
Hadisənin ən təsirli anı isə ailə başçısının panika içində həyat yoldaşına səslənməsi olur: “Uşaqları tez geyindir!”
Görüntülər hücum anındakı real qorxu və gərginliyi açıq şəkildə əks etdirir.