Uşakov: Türkiyə Ukrayna üzrə danışıqlar üçün platforma təmin etməyə hazırdır
Türkiyə hakimiyyəti Ukrayna nizamlanması üzrə danışıqların davam etdirilməsi üçün platforma təmin etməyə hazır olduğunu təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya - ASEAN sammiti çərçivəsində "Birinci Kanal"a ("Pervıy Kanal") verdiyi şərhdə bildirib.
"Bilirsiniz ki, artıq bir neçə mərhələ danışıqlar baş tutub və dünən (17 iyun) Türkiyə hakimiyyətinin Ukrayna nizamlanması üzrə növbəti təmaslar üçün platforma təmin etməyə hazır olması təsdiqləndi", – deyə o qeyd edib.
TodayPress TV