Urmiya gölündə suyun həcmi dəfələrlə artdı - RƏSMİ

Urmiya gölündə suyun həcmi dəfələrlə artdı - RƏSMİ
20.06.2026 16:50 Dünya

Urmiya gölündə suyun həcminin 18 dəfə artdığı bildirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Fars" informasiya agentliyi Qərbi Azərbaycanın (İranda əyalət - red.) Ətraf Mühitin Mühafizəsi Departamentinin rəisinin bəyanatına istinadən məlumat yayıb.

Ötən ilin noyabrında göldə suyun həcmi 240 milyon kubmetr, sahəsi isə 456 kvadrat kilometr təşkil edib.

"Bu məlumatların mövcud vəziyyətlə müqayisəsi suyun həcminin 18 dəfə artdığını və gölün vəziyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını göstərir", - agentlik qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər