“Volkswagen” daha 12 min iş yerini ixtisar edə bilər

“Volkswagen” daha 12 min iş yerini ixtisar edə bilər
24.10.2026 15:57 Dünya

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” daha 12 min iş yerini ixtisar etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, yeni ixtisarlar şirkətin əvvəlcədən təsdiqlənmiş qənaət proqramına əlavə olunacaq. Beləliklə, ixtisarların ümumi sayının 35 mini keçəcəyi bildirilir.

Şirkət rəhbərliyi iş yerlərinin azaldılmasını sosial baxımdan məqbul yollarla həyata keçirməyi və məcburi işdənçıxarmalardan yayınmağı hədəfləyir.

Almaniyanın metal sənayesi üzrə həmkarlar ittifaqı IG Metall isə bu plana qarşı çıxıb. Təşkilat yeni ildən sonra tətil aksiyalarına başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib. Həmkarlar ittifaqı rəhbərliyi şirkəti məşğulluğun qorunması ilə bağlı vədlərinə əməl etməməkdə ittiham edir.

Qeyd edək ki, “Volkswagen”in baş direktoru Oliver Blume daha əvvəl 2030-cu ilədək şirkət üzrə 50 min iş yerinin ixtisarını nəzərdə tutan qənaət planını təsdiqləyib. Şirkət həmçinin 2028-ci ilədək Avropadakı zavodlarında avtomobil istehsalını əlavə 500 min ədəd azaltmağı planlaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər