ÜMT: Asiya iki dəfə sürətlə istiləşir

ÜMT: Asiya iki dəfə sürətlə istiləşir
23.06.2025 10:24 Dünya

Asiya hazırda dünyanın digər bölgələrindən iki dəfə daha sürətlə istiləşir.

TodayPress TV xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) hesabat yayıb.

2023-cü ildə bölgənin orta temperaturu 1991–2020-ci illərin göstəricisindən 1 dərəcə yüksək olub. Bu da tarixdəki ən isti və ya ikinci ən isti il kimi qeydə alınıb.

İstiləşmə bölgədə ekstremal hava hadisələrinin artmasına səbəb olur. Şərqi Asiyada aprel-noyabr aylarında uzunmüddətli istilik dalğaları müşahidə edilib. Dənizlərin səthi də rekord həddə qədər isinib – son on ildə orta temperatur 0,24 dərəcə artıb ki, bu da qlobal göstəricidən iki dəfə çoxdur.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər