Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI

Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI
04.08.2026 14:53 Dünya

Tehran Xəzər dənizi üzərindən İran və Rusiya arasında yük daşıyan gəmiyə edilən hücumdan sonra Ukrayna ərazisindəki üç obyektə zərbə endirməyi nəzərdən keçirib.

TodayPress TV xəbər verir ki, bunu İranın ali lideri Ayətullah Əli Xameneinin hərbi müşaviri Möhsün Rzai bildirib.

Rzainin sözlərinə görə, Ukrayna tərəfinin hadisənin səhv nəticəsində baş verdiyini bildirərək üzr istəməsindən sonra planlaşdırılan əməliyyat dayandırılıb. 

"Biz Ukrayna ərazisindəki üç obyektə zərbə endirməyə hazır idik. Lakin onlar bunun səhv olduğunu bildirdikdən sonra cavab tədbirlərini dayandırdıq və onların açıqlamasını araşdırmağa qərar verdik. Bu, səhv olsa belə, yenə də kompensasiya tələb edir", – deyə o vurğulayıb.

Xatırladaq ki, iyulun 25-də Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyi, hadisə nəticəsində ekipaj üzvlərindən birinin həlak olduğu barədə məlumat yayılmışdı. İran tərəfi bu hadisəyə görə Kiyevdən izahat və kompensasiya tələb etdiyini bəyan edib. 

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər