Ukrayna və İsveç kosmik sahədə əməkdaşlığa başlayır

Ukrayna və İsveç kosmik sahədə əməkdaşlığa başlayır
12.06.2025 13:09 Dünya

Ukrayna Müdafiə Nazirliyi İsveçlə birgə kosmik texnologiyaların müdafiə məqsədləri üçün inkişaf etdirilməsi istiqamətində əməkdaşlığa başlamağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin rəsmi "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, məsələ Ukrayna və İsveç nümayəndə heyətləri arasında keçirilən görüş zamanı müzakirə olunub. Ukrayna tərəfi ölkənin müdafiə qüvvələrinin kosmik texnologiyalar sahəsində əsas ehtiyaclarının reallaşdırılması üçün xarici tərəfdaşlarla birgə əməkdaşlığa ümid bəslədiyini deyib.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər