Ukrayna Rusiyanın hərbi obyektlərinə zərbələr endirdi
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri avqustun 28-də və avqustun 29-na keçən gecə Rusiya qoşunlarının bir sıra hərbi obyektlərinə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Ukrayna tərəfi Donetsk ərazisində və müvəqqəti işğal olunmuş Krımda pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı, hazırlandığı və buraxıldığı məntəqələrə zərbələr endirdiyini bildirib.
Məlumata görə, Krımda Rusiya qoşunlarının radioelektron mübarizə kompleksi vurulub.
Digər hədəf isə Rusiyanın nəzarətində olan Ukraynanın Donetsk vilayətinin Berestki yaşayış məntəqəsində yerləşən PUA-ların idarəetmə məntəqəsi olub.