Ukrayna: Rusiya ordusunun itkiləri 1,13 milyon nəfərə çatdı
Ukrayna müharibənin 1336-cı günü üçün Rusiyanın itkilərini yeniləyib.
TodayPress TV Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, indiyə qədər Rusiya tərəfi 1 132 200 hərbçi, 11 278 tank, 23 436 zirehli döyüş maşını, 33 902 artilleriya sistemi, 1 520 reaktiv yaylım atəş sistemi (RYAS), 1 229 hava hücumundan müdafiə sistemi, 428 hərbi təyyarə, 346 helikopter, 65 026 avtomobil texnikası, 72 600 pilotsuz uçuş aparatı (PUA), 3 864 qanadlı raket, 28 gəmi və kater, 1 sualtı qayıq və 3 980 xüsusi avadanlıq itirib.
Jalə Rövşən