Ukrayna-Rusiya düyünü hələ açılmır... - "Ən mürəkkəb münaqişə!"
Ukraynadakı münaqişə tənzimlənməsi ən mürəkkəb olan münaqişədir.
TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Şimali Karolina ştatına işgüzar səfərə yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində deyib.
"Prezident (ABŞ Prezidenti Donald Tramp - red.) Rusiya və Ukrayna müharibəsinin böyük fərqlə tənzimlənməsi ən mürəkkəb beynəlxalq münaqişə olduğunu bildirib. Şübhəsiz ki, bu problemi tənzimləmək çətindir. Hərçənd mən problemi enerjili şəkildə həll etməyə çalışan prezidentlə işləməyə üstünlük verirəm", - deyə o vurğulayıb.
Vens, həmçinin sentyabrın 22-də Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında planlaşdırılan təmasın nəticələrinə əsasən irəliləyişə ümid etmək üçün əsasların olduğunu bildirib.
Xatırladaq ki, sentyabrın 22-də Amerika liderinin BMT Baş Assambleyasının cari sessiyası xətti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün Nyu-Yorkda olacağı gözlənilir. Sentyabrın 23-də isə onun Vaşinqtonda olacağı ehtimal edilir.
Aysel Mətləb