Ukrayna qəpikləri ləğv edəcək
Ukrayna Milli Bankı (MBU) bildirib ki, 10-luq sikkələr 2025-ci il oktyabrın 1-dən etibarən tədricən dövriyyədən çıxarılacaq.
TodayPress TV xəbər verir ki, həmin tarixdən sonra bu pulların zərb olunması və dövriyyəyə buraxılması da dayandırılacaq.
Qərarın əsas səbəbi bu qəpiklərin ticarətdə artıq əhəmiyyətini itirməsi və onların dövriyyədə saxlanmasının əlavə xərc yaratmasıdır. MBU-ya görə, hazırda dövriyyədə 4,1 milyard ədəd 10-luq sikkə var.
Yeni qaydalara əsasən, nağd ödənişlərdə qəpik çatışmadıqda məbləğlər yuvarlaqlaşdırılacaq. Bu dəyişiklik yalnız nağd ödənişlərə aiddir və nağdsız əməliyyatlara şamil edilməyəcək.
Türkan İsgəndərli