Ukrayna ordusuna əlavə 7,9 milyard dollar ayrıldı

Ukrayna ordusuna əlavə 7,9 milyard dollar ayrıldı
21.10.2025 16:16 Dünya

Ali Rada Ukrayna Silahlı Qüvvələrinə əlavə 325 milyard qrivna (təxminən 7,9 milyard ABŞ dolları) ayırmaq barədə qərar qəbul edib.

TodayPress TV xəbər verir ki, məlumatı “Strana.ua” yayıb.

Məlumata görə, bu vəsaitin 292 milyard qrivnası (təxminən 7,1 milyard dollar) dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına təmin ediləcək və vəsaitlər Kiyevə planlaşdırılandan daha tez köçürüləcək.

Parlamentin Büdcə Komitəsinin rəhbəri Roksolana Pidlasa bildirib ki, bu vəsait Ukraynanın ödəməli olmadığı “geri qaytarılmayan kredit” – ERA krediti kimi təqdim olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər