Ukrayna Donbası təslim etsə, nə baş verəcək? General XƏBƏRDARLIQ ETDİ
Ukrayna ordusunun “Mərkəz” qoşun qruplaşmasının komandiri, general Andrey Biletski Donbasdan tamamilə çıxmağın ölkə üçün ağır nəticələrə səbəb olacağını bildirib.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, sülh sazişi çərçivəsində Ukrayna qoşunlarının Donbasdan tam çıxarılması qəbuledilməzdir.
Biletski müharibənin hazırkı cəbhə xətti boyunca dondurulmasını ən real təklif adlandırıb. Bu, Rusiyanın işğal etdiyi ərazilərə faktiki nəzarətinin tanınması demək olsa da, Ukraynanın həmin torpaqlara qanuni hüquqlarından imtina etməsi anlamına gəlməməlidir.
General hesab edir ki, Rusiyanın mövqeyini dəyişməyə məcbur etmək üçün əsas vasitə döyüş meydanındakı nəticələrdir. Onun fikrincə, Moskva ərazi məqsədlərinə nail ola bilməyəcəyini anladıqdan sonra cəbhə xətti boyunca atəşin dayandırılması barədə ciddi danışıqlar aparmaq mümkün olacaq.
Kübra Musayeva