Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə...
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan cümə günü “Məkkə Sazişi” adlandırılan yeni üçtərəfli müdafiə müqaviləsi imzalayıb.
TopdayPress TV xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Məlumata görə, sazişin əsas müddəası kollektiv müdafiə bəndidir.
Buna əsasən, üç ölkədən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək.
Müqavilənin əsas məqsədi üç ölkə arasında kollektiv müdafiəni və təcavüzə qarşı çəkindirməni gücləndirmək, eləcə də müdafiə sahəsində əməkdaşlığın bütün istiqamətlərini inkişaf etdirməkdir.
Saziş Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında təhlükəsizlik və müdafiə əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.