Türkiyədən İsrailə XƏBƏRDARLIQ: “Bədəl ödəyəcək!”
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin xarici siyasəti ilə bağlı xəbərdarlıq edib.
TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.
Fidan bildirib ki, Ankara İsrailin sülh, qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan xarici siyasət yürüdəcəyinə ümid edir.
“Ümid edirik ki, İsrail həm öz maraqlarına, həm də bütün regionun maraqlarına xidmət edəcək sülh, hörmət və əməkdaşlığa əsaslanan xarici siyasət yürüdəcək. Əks halda, İsrail nəinki getdikcə daha çox təcrid olunacaq, həm də bunun bədəlini bütün regionla birlikdə ödəyəcək”, – deyə Türkiyənin xarici işlər naziri bildirib.
Kübra Musayeva