Tramp Qrenlandiyanı nəzarətə götürdü, amma ölkənin bundan xəbəri yoxdur

Tramp Qrenlandiyanı nəzarətə götürdü, amma ölkənin bundan xəbəri yoxdur
19.09.2026 20:21 Dünya

Trampın Qrenlandiya ilə bağlı əldə olunan razılaşmanın miqyasını şişirtdiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, danışıqlara yaxın mənbələr ABŞ-nin Qrenlandiya üzərində daimi nəzarət əldə etmədiyini bildiriblər.

Mənbələrin sözlərinə görə, ABŞ hərbçiləri Qrenlandiya və Danimarka ilə birgə fəaliyyətini davam etdirəcək. Bu isə Vaşinqtonun Qrenlandiya üzərində birbaşa nəzarət əldə etməsi anlamına gəlmir.

Nəşr həmçinin Trampın əsas nailiyyətlərindən biri kimi təqdim etdiyi Qrenlandiyada ABŞ-nin rəqib ölkələrinin hərbi bazalar yerləşdirməsinə qadağa qoyulmasını da əsasən simvolik addım kimi qiymətləndirir.

Çünki Qrenlandiya onsuz da NATO ərazisidir və alyansa daxil olmayan ölkənin burada hərbi baza yaratması əvvəldən olduqca az ehtimal edilirdi.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər