HƏMAS-ın 7 oktyabr hücumunun iştirakçısı olan komandiri öldürüldü

HƏMAS-ın 7 oktyabr hücumunun iştirakçısı olan komandiri öldürüldü
19.09.2026 22:30 Dünya

İsrail ordusu HƏMAS-ın daha bir komandirini zərərsizləşdirib.

TodayPress TV xəbər verir ki, İsrail ordusunun sentyabrın 17-də keçirdiyi nöqtəvi əməliyyat nəticəsində Qəzza zolağının cənubundakı Xan-Yunis bölgəsində HƏMAS-ın hərbi qanadının komandirlərindən Məhəmməd Səliman Büyuk öldürülüb

Bildirilib ki, Büyuk 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna təşkil edilən hücumda iştirak edib.

İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin məlumatına görə, o, müharibə dövründə, xüsusilə son vaxtlar İsrail qüvvələrinə zərər vurmaq məqsədilə Qəzza zolağında partlayıcı qurğuların yerləşdirilməsi ilə məşğul olub.

Həmçinin Büyukun anklavda HƏMAS-ın hərbi imkanlarının bərpası istiqamətində fəaliyyət göstərdiyi qeyd olunub.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər