Məktəbin həyətində yanğın baş verdi - VİDEO
Bakının Nizami rayonunda yerləşən 238 nömrəli tam orta məktəbin həyətyanı sahəsində yanğın baş verib.
TodayPress TV xəbər verir ki, hadisə ilə bağlı əraziyə yanğınsöndürən qüvvələr cəlb olunub.
Yanğın nəticəsində məktəbin həyətindəki tikilinin təxminən 20-25 kvadratmetr dam örtüyü və içərisində olan əşyalar yanıb.
Yanğın qısa müddətdə söndürülüb. Alovun ətraf ərazilərə və şam ağaclarına yayılmasının qarşısı alınıb.