Putinin gizli səfərbərlik planı üzə çıxdı - Avropa çaxnaşır

Putinin gizli səfərbərlik planı üzə çıxdı - Avropa çaxnaşır
19.09.2026 18:32 Dünya

Avropa liderləri Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəni daha da genişləndirməyə və NATO müttəfiqlərinə qarşı hibrid hücumları artırmağa hazırlaşmasından ehtiyat edirlər.

TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” Qərb kəşfiyyatına istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya mümkün “gizli səfərbərlik” üçün inzibati hazırlıqlar aparır. Bununla belə, Qərb kəşfiyyat nümayəndələri yaxın vaxtlarda 300 min hərbçinin cəlb olunacağı genişmiqyaslı və açıq səfərbərliyin elan ediləcəyinə şübhə ilə yanaşırlar.

Qərb rəsmilərinin sözlərinə görə, Moskva orduya yeni şəxslərin cəlb edilməsi səylərini gücləndirib. Bu proses çərçivəsində hüquqi və ya maliyyə problemləri olan şəxslərin də hərbi xidmətə cəlb edilməsinə çalışıldığı bildirilir.

Avropa liderləri isə Rusiyanın Avropaya qarşı hibrid əməliyyatlarının son dövrlərdə daha da intensivləşdiyi barədə xəbərdarlıq edirlər.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər