Paytaxtın düz yanında: Ər-Riyadda kritik obyekt hədəfə alındı - VİDEO
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən yanacaq çənlərinə zərbə endirilib.
TodayPress TV xəbər verir ki, hücumdan əvvəl şəhərdə hava hücumu xəbərdarlığı səsləndirilib. Daha sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti həyəcan siqnalının ləğv edildiyini açıqlayıb.
Səudiyyə Ərəbistanı hakimiyyəti hələlik hücumun kim tərəfindən həyata keçirildiyini açıqlamayıb.
Məlumata görə, daha sonra husilər Ər-Riyad və Səudiyyə Ərəbistanının şərqindəki “mühüm obyektlərə”, həmçinin “Aramco” şirkətinin obyektlərinə hücum etdiklərini bildiriblər.
Kübra Musayeva