İran “son həddə” çatdı - ABŞ-İsrail təzyiqi Tehranı buna məcbur edir
İran ABŞ və İsrailin addımlarının ölkəni Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NSYM) çıxmağa sövq edə biləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ölkəsinin hələlik müqavilədən çıxmaq barədə qərar qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, yekun qərar Vaşinqtonun bundan sonra atacağı addımlardan asılı olacaq.
Rzayi qeyd edib ki, İran hələ də mərhum ali lider Əli Xameneinin nüvə silahını qadağan edən dini hökmünə sadiqdir və ölkənin nüvə doktrinasında dəyişiklik edilməyib.
“Gələcəkdə nə baş verəcəyini bilmirik”, - deyə o bildirib.
İran rəsmiləri son günlər NSYM-dən çıxmaq ehtimalını dəfələrlə gündəmə gətiriblər. Sentyabrın 10-da Rzayi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) addımlarının ölkələri NSYM-dən çıxmağa sövq edə biləcəyini bildirmişdi.
Kübra Musayeva