Rusiyaya “sevgi dərsi”: “Sevirsənsə, Ukraynanı burax…”
Britaniyanın keçmiş Baş naziri Boris Conson Rusiyaya Ukraynanı “buraxmaq” çağırışı edib.
TodayPress TV xəbər verir ki, Conson Rusiyanın Ukraynaya münasibətini şəxsi münasibətlərlə bağlı məşhur ifadə ilə müqayisə edib.
“Əgər kimisə sevirsənsə, onu burax. Əgər geri qayıtsa, deməli, sənindir. Qayıtmasa, deməli, heç vaxt sənin olmayıb. Onlar Ukraynanı buraxmalıdırlar. İmperiyalar dövrü başa çatıb”, – deyə keçmiş baş nazir bildirib.
Kübra Musayeva