Fransa Rusiyaya qarşı gizli müharibəyə başlayıb? - “Artıq baş verir”

Fransa Rusiyaya qarşı gizli müharibəyə başlayıb? - “Artıq baş verir”
19.09.2026 23:31 Dünya

Fransanın artıq Rusiya ilə bağlı gizli hərbi əməliyyatlar həyata keçirdiyi iddia olunur. 

TodayPress TV xəbər verir ki, bu barədə “Le Monde” yazıb.

Nəşrin məlumatına görə, Fransa Müdafiə Nazirliyindəki anonim mənbə Parisin Rusiyaya hərbi vasitələrlə cavab verib-vermədiyi ilə bağlı suala “Bu, artıq baş verir” cavabını verib.

Mənbənin sözlərinə görə, söhbət əvvəlcədən elan edilməyən, lakin adi hərbi xarakter daşıyan əməliyyatlardan gedir.

Bununla belə, “Le Monde” konkret olaraq hansı əməliyyatların həyata keçirildiyini və onların harada baş verdiyini açıqlamayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər