Tramp hələ Si ilə görüşməyib, Pekin artıq xəbərdarlıq etdi
Çin ABŞ-nin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək planını tənqid edib.
TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Çinin Ticarət Nazirliyindən bildirilib ki, Pekin BMT Təhlükəsizlik Şurasının təsdiqləmədiyi və beynəlxalq hüquqi əsası olmayan birtərəfli və ikinci dərəcəli sanksiyalara ardıcıl olaraq qarşı çıxır.
Çin tərəfi həmçinin Vaşinqtonun bundan sonra atacağı addımları diqqətlə izləyəcəyini və ölkənin maraqlarını, eləcə də Çin şirkətlərini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxladığını açıqlayıb.
Pekinin bu açıqlaması ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşə bir neçə gün qalmış səslənib.
Görüşdən əvvəl ABŞ və Çin nümayəndələrinin ticarət və digər mübahisəli məsələlərlə bağlı danışıqlar aparacağı bildirilir.
Kübra Musayeva