Tramp BMT tribunasından İrana xəbərdarlıq edəcək

Tramp BMT tribunasından İrana xəbərdarlıq edəcək
19.09.2026 17:42 Dünya

ABŞ Prezidenti Donald Tramp gələn həftə BMT Baş Assambleyasının tribunasından edəcəyi çıxışında İranın nüvə proqramını əsas mövzulardan biri kimi gündəmə gətirəcək.

TodayPress TV  xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Fox News”a bildirib. 

Məlumata görə, Tramp çıxışında Tehranın nüvə silahına sahib olmasının yolverilməz olduğunu vurğulayacaq. O, həmçinin Qəzza zolağında vəziyyətin tənzimlənməsi ilə bağlı ABŞ administrasiyasının 20 maddəlik planından danışacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər