Serbiya xüsusi təyinatlıları sərhədə yığışdı
Serbiyanın 72-ci Xüsusi Əməliyyatlar Briqadası Bosniya və Herseqovina ilə sərhəddə yerləşən Drina çayı boyunca hərbi təlimlər keçirib.
TodayPress TV xəbər verir ki, təlimlər zamanı xüsusi təyinatlılar tam döyüş təchizatında çayı keçmək və qayalıqlardan enmək üzrə məşqlər həyata keçiriblər.
Təlimləri ABŞ-nin Ohayo ştatı Milli Qvardiyasının general-adyutantı Serbiyanın Baş Qərargah rəisi ilə birlikdə izləyib. Görüş iki ölkənin uzunmüddətli tərəfdaşlıq proqramı çərçivəsində baş tutub.
Peyk görüntülərinə əsasən, təlimlər birbaşa Bosniya və Herseqovina sərhədinə yaxın ərazidə keçirilib.
Yerli mənbələr isə Serbiya hərbçilərinin Bosniya ərazisinə keçdiyini iddia edib. Bu məlumatın rəsmi şəkildə təsdiqlənib-təsdiqlənmədiyi açıqlanmayıb.
Kübra Musayeva