Premyer Liqa: “Sabah” “İmişli”ni məğlub etdi
"Sabah" Azərbaycan Premyer Liqasında ardıcıl beşinci qələbəsini qazanıb.
TodayPress TV xəbər verir ki, komanda VI turda "İmişli"ni məğlub edib.
Qarşılaşma 3:1 hesabı ilə bitib. 20-ci dəqiqədə qonaqların qapıçısı Sadiq Məmmədzadə avtoqol müəllifi olub. 35-ci dəqiqədə Umarali Raxmonaliyev fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə Kahim Parris komandasının üçüncü qoluna imza atıb.
Bölgə komandasının heyətində 90-cı dəqiqədə Ronaldo Souza adını tabloya yazdırıb.
Ehtiyatda bir oyunu olan "Sabah" 15 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" 4 xalla səkkizincidir.