Türkiyədə oteldə xlordan kütləvi zəhərlənmə

Türkiyədə oteldə xlordan kütləvi zəhərlənmə
20.06.2026 12:50 Dünya

Türkiyənin Antalya bölgəsində yerləşən beşulduzlu “Asteria Family Resort Side” hotelində xlor sızması nəticəsində 25 turist zəhərlənib.

TodayPress TV xəbər verir ki, hadisə hovuzun təmizlənməsi zamanı baş verib.

Güclü xlor buxarının qısa müddətdə hotel ərazisinə yayılması nəticəsində zəhərlənən şəxslərə yerində ilkin tibbi yardım göstərilib, daha sonra onlar xəstəxanaya yerləşdirilib.

Hotel rəhbərliyi bildirilib ki, bütün turistlər müalicə aldıqdan sonra evə buraxılıb və hazırda vəziyyətləri yaxşıdır.

Hadisədən sonra Türkiyənin Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələri əraziyə cəlb olunub. Aparılan yoxlamalardan sonra hotelin fəaliyyətinə davam etməsinə icazə verilib.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər