Türkiyədə 286 nəfər FETÖ ilə əlaqədar saxlanıldı

Türkiyədə 286 nəfər FETÖ ilə əlaqədar saxlanıldı
22.10.2025 07:55 Dünya
Son bir ayda Türkiyənin 50 vilayətində əməliyyatlar zamanı FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 286 nəfər saxlanılıb. Onlardan 154-ü məhkəmə qərarı ilə həbs edilib.

TodayPress TV xəbər verir ki, məlumatı daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə açıqlayıb.

Əməliyyatlar Ankara, İstanbul və İzmir də daxil olmaqla, bir çox şəhərləri əhatə edib. Saxlanılanlar “ByLock” proqramından istifadə və terror şəbəkələrinə maliyyə dəstəyi verməkdə ittiham olunur.

Aynur TAC

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər