Türkiyə dünyada ən çox turist qəbul edən 4-cü ölkə oldu
Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UN Tourism) 2025-ci ilin mayında dərc etdiyi "Dünya Turizm Barometri"nə əsasən, Türkiyə 2024-cü ildə 56,7 milyon xarici turist qəbul edərək dünyada ən çox ziyarət edilən ölkələr sırasında 5-ci yerdən 4-cü yerə yüksəlib.
TodayPress TV Türkiyə mediasına istinadən xəbər verir ki, bu göstərici ilə Türkiyə İtaliyanı geridə qoyub, Fransa, İspaniya və ABŞ-dən sonra yer alıb.
Ümumilikdə 2024-cü ildə Türkiyəni ziyarət edənlərin sayı 62,3 milyon nəfərə çatıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu uğuru belə şərh edib:
“Bu nailiyyət tarixi irsimizin və mədəni zənginliyimizin effektiv şəkildə tanıdılmasının, güclü infrastrukturumuzun və dörd mövsümə yayılan turizm çeşidliliyimizin nəticəsidir. Türkiyə artıq sadəcə izlənən deyil, örnək götürülən bir turizm ölkəsidir”.
Töhfə Səməd