Trampın səfəri zamanı Hyuston səmasında həyəcan - 5 təyyarə ələ keçirildi
ABŞ-nin "F-16" qırıcıları avqustun 29-da ABŞ Prezidenti Donald Trampın Hyustona səfəri zamanı şəhər üzərində uçuş məhdudiyyətlərini pozan beş təyyarəni ələ keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı məlumat yayıb.
“Aerokosmik Müdafiə Komandanlığının "F-16" qırıcıları ABŞ Federal Aviasiya Administrasiyasının Texas ştatının Hyuston şəhəri üzərində tətbiq etdiyi müvəqqəti uçuş məhdudiyyətlərini pozan ümumi təyinatlı aviasiyanın beş hava gəmisini ələ keçirib. Ümumi təyinatlı aviasiyanın bütün hava gəmiləri təhlükəsiz şəkildə ərazidən müşayiət olunub”, - deyə komandanlığın bəyanatında qeyd olunub.
Xatırladaq ki, ABŞ lideri avqustun 29-da Hyustonda Uçuşların İdarə Edilməsi Mərkəzinə baş çəkib və burada Beynəlxalq Kosmik Stansiyada olan astronavtlarla əlaqə yaradıb.
Aysel Mətləb