Trampın oğlunun toyunu rusiyalı oliqarx keçirdi

Trampın oğlunun toyunu rusiyalı oliqarx keçirdi
15.09.2026 22:27 Dünya

ABŞ Prezidenti Donald Trampın oğlu Donald Trampın Bettina Andersonla toy mərasiminin xərclərinin bir hissəsini rusiyalı Umar Kremlyovun ödədiyi təsdiqlənib.

TodayPress TV xəbər verir ki, bu barədə Bettina Tramp sosial media hesabında paylaşım edib.

O bildirib ki, Kremlyov toylarından sonra onlar üçün iki tədbir təşkil edib və bunu çox səxavətli toy hədiyyəsi adlandırıb.

“Əziz dostumuz Umar bizim üçün toyumuzdan sonra iki möhtəşəm tədbir təşkil etdi. Bu, dostumuzdan gələn çox səxavətli toy hədiyyəsi idi və buna görə ona həmişə minnətdar olacağıq”, – Bettina Tramp yazıb.

Daha əvvəl “ProPublica”nın araşdırmasında toyun may ayında Baham adalarında üç gün davam etdiyi bildirilmişdi. Araşdırmaya görə, Beynəlxalq Boks Assosiasiyasının rəhbəri Umar Kremlyov toy xərclərinin bir hissəsini ödəyib və qapalı mərasimdə iştirak edib.

Kremlyovun toy üçün konkret olaraq nə qədər pul ödədiyi və tədbirlərin hamısında iştirak edib-etmədiyi açıqlanmayıb.

Bettina Tramp isə Kremlyovla dostluqlarının siyasi məqsədlərlə bağlı olmadığını bildirib və “bəzən toy hədiyyəsinin sadəcə toy hədiyyəsi olduğunu” deyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər