Əli Əsədov və Kobaxidze Tbilisidə bir araya gəldi – SƏBƏB

Əli Əsədov və Kobaxidze Tbilisidə bir araya gəldi – SƏBƏB
30.10.2026 18:57 Xarici siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 30-da Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, PASHA Real Estate Group tərəfindən inşa edilmiş 5 ulduzlu "ART Riverfront Hotel Tbilisi"nin açılışında iştirak ediblər.

Bu barədə TodayPress TV-yə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir.

Hoteldə müxtəlif kateqoriyalara aid 152 otel otağı və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir.

"ART Riverfront Hotel Tbilisi" PASHA Real Estate Group-un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət Azərbaycanda və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.

FOTOLAR

Əli Əsədov və Kobaxidze Tbilisidə bir araya gəldi – SƏBƏB — 1
XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər