Trampdan xəbərdarlıq: “Süni intellektdə uduzan, hər şeyi itirə bilər”

Trampdan xəbərdarlıq: “Süni intellektdə uduzan, hər şeyi itirə bilər”
14.09.2026 18:43 Dünya

ABŞ Prezidenti Donald Tramp süni intellekt sahəsində ölkəsinin Çinlə rəqabətinə toxunaraq, bu sahədə üstünlüyün strateji əhəmiyyət daşıdığını bildirib.

TodayPress TV xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada süni intellektə tətbiq edilməli əsas nəzarətin “güclü və ağıllı prezident” olduğunu deyib.

O bildirib ki, ABŞ administrasiyası süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə qarşı qanunvericilik və tənzimləmə imkanlarından istifadə edir. Tramp bəzi şirkətlərin süni intellektdən “pis və ya potensial təhlükəli” məqsədlərlə istifadəsinin qarşısının alındığını da qeyd edib.

ABŞ Prezidenti süni intellekt və məlumat mərkəzlərinin inkişafına qarşı çıxan qüvvələri də tənqid edib. Onun sözlərinə görə, bu prosesdən ən çox faydalanan ölkə Çin ola bilər.

“Kim süni intellektdə qalib gəlirsə, o da qalib gəlir. Biz Çindən və digərlərindən öndəyik və bunu davam etdirəcəyik”, - deyə Tramp bildirib.

Tramp, həmçinin ABŞ-nin süni intellekt sahəsində üstünlüyünü qorumaq niyyətində olduğunu vurğulayıb və ölkənin dövlət məlumatlarının yayılması ilə bağlı sərt mövqedə qalacağını bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər