Sərhədi keçdilər, evlərə yerləşdilər - Seutada üç miqrant saxlanıldı

Sərhədi keçdilər, evlərə yerləşdilər - Seutada üç miqrant saxlanıldı
14.09.2026 19:30 Dünya

İspaniya Milli Polisinin əməkdaşları İspaniyanın muxtar şəhəri Seutanın müxtəlif rayonlarında yaşayış evlərini qanunsuz zəbt etmiş üç Mərakeş vətəndaşını saxlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, saxlanılmalar yerli sakinlərin köməyi ilə həyata keçirilib. Miqrantlar iyulun sonundan bəri şəhərdə qanunsuz olaraq qalırdılar.

Agentliyin məlumatına görə, yaxın vaxtlarda onların hər üçü şəxsi mənzilə qanunsuz daxil olmaq şübhəsi ilə məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, iyulun sonunda on minlərlə qanunsuz miqrant Seutanı Mərakeşdən ayıran dalğaqıranı dolaşaraq üzməklə, eləcə də dayazlıqla şəhərə çata bilib. Böhran səbəbindən Madrid yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün hərbçiləri cəlb etmək qərarına gəlib.

Hakimiyyət orqanlarının qiymətləndirmələrinə görə, şəhərə 80 minədək insan daxil ola bilərdi, lakin qanunsuz miqrantların mütləq əksəriyyətinin artıq Mərakeşə qayıtdığı ehtimal olunur. Seuta hökumətinin rəhbəri Xuan Xesus Vivas Aİ-dən qanunsuz immiqrasiya ilə bağlı vəziyyəti izləmək üçün Avropanın sərhəd nəzarəti agentliyi "Frontex"in əməkdaşlarını şəhərdə daimi əsaslarla yerləşdirməyi xahiş edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər