Kosmosda silah savaşı başlayır? – ABŞ-dən diqqətçəkən açıqlama
ABŞ kosmik məkana nəzarət etmək üçün orbital silahlara malikdir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) naziri Troy Menk bəyan edib.
"Bu gün biz, harada yaranmasından asılı olmayaraq, daim dəyişən təhdidlərdən gələn çağırışlara qarşı durmağa hazır olmağımızı təmin etməkdə davam edirik. Məhz buna görə də hazırda Birləşmiş Ştatların orbitdə birləşmiş Silahlı Qüvvələri rəqiblərin düşmənçilik əməllərindən qorumağa qadir olan, kosmik məkana nəzarət silahı var", - deyə o bildirib.
Ondan bu silahlar barədə daha ətraflı danışması xahiş edilsə də, nazir bundan imtina edib.
Aysel Mətləb