Trampdan Mertsi qəzəbləndirən addım - Telefon danışığı ləğv edildi

Trampdan Mertsi qəzəbləndirən addım - Telefon danışığı ləğv edildi
09.09.2026 19:58 Dünya

Almaniya kansleri Fridrix Merts Saksoniya-Anhalt seçkiləri ilə bağlı açıqlamalarına görə ABŞ Prezidenti Donald Trampla planlaşdırılan telefon danışığını ləğv edib.

TodayPress TV xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Liderlər arasında telefon danışığının Nyu-Yorkda 11 sentyabr terror aktlarının ildönümü ərəfəsində keçirilməsi planlaşdırılırdı.

Lakin Donald Trampın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasını regional seçkilərdə qazandığı qələbə münasibətilə açıq şəkildə təbrik etməsindən sonra Merts danışığı ləğv etmək qərarına gəlib.

Tramp “Truth Social” platformasında AfD-nin uğurunu “möhtəşəm gecə” adlandıraraq, almanların “dəhşətli immiqrasiya qaydalarından” yorulduğunu bildirib.

O, paylaşımını “MGGA!!!” (“Almaniyanı yenidən möhtəşəm edək”) şüarı ilə yekunlaşdırıb.

Kanslerin sözçüsü danışıqların ləğv edilməsinin qrafiklərlə bağlı olmadığını vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər