Tramp yüz minlərlə ukraynalını deportasiya etməyi planlaşdırır
Ağ Ev prezidenti Donald Trampın administrasiyası ABŞ-də olan 200 mindən çox ukraynalı da daxil olmaqla yüz minlərlə miqrantı deportasiya etmək planı hazırlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” daxili sənədlərə istinadən məlumat yayıb
"Tramp administrasiyası 700 min ukraynalı və haitili miqrant da daxil olmaqla, aktiv münaqişə zonalarından insanların deportasiyası və geri qaytarılması üçün 250 milyon avroya qədər xarici yardımdan istifadə etməyi planlaşdırır" nəşr qeyd edir.