Tramp Xameneinin öldürülmə səbəbini açıqladı
Dünya
02.03.2026 11:46
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ona qarşı iki dəfə sui-qəsd cəhdi edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "ABC News" kanalına müsahibəsində danışıb.
Trampın sözlərinə görə, İranın Ali Rəhbəri Əli Xamenei ona çatmazdan əvvəl ABŞ qüvvələri Xameneini zərərsizləşdirib.
Fevralın 28-i səhəri ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Tramp millətə müraciətində bildirib ki, zərbələr Tehranın nüvə proqramından imtina etmək istəməməsi ilə bağlı “tükənmiş səbr”in nəticəsidir.
Məlumata görə, İranın paytaxtı da daxil olmaqla bir sıra şəhərlərə zərbələr endirilib. Hücumlardan biri Xameneinin iqamətgahına dəyib və o, hadisə nəticəsində həlak olub.
Buna cavab olaraq İran İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
Türkan İsgəndərli
tag: ABŞ,İran,Xamenei,İsrail,Todaypress.tv,
