Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm"

Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm"
20.06.2026 00:33 Dünya

ABŞ Prezidenti Donald Tramp yaxın zamanda Türkiyəyə səfər edəcəyini açıqlayıb.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə Merilend ştatındakı Joint Base Andrews hərbi bazasında çıxışı zamanı danışıb.

Qətər tərəfindən hədiyyə edilən Boeing 747 təyyarəsinin təqdimatı zamanı qarşıdakı xarici səfərlərinə toxunan ABŞ lideri, diplomatik təmaslarının davam edəcəyini bildirib.

“Çox sayda səfər həyata keçiririk. Türkiyəyə gedəcəyik. Həmçinin bu il ərzində yenidən Çinə səfər edəcəyik”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabr ayında ABŞ-yə səfər edəcək. Tramp əlavə edib ki, daha sonra Çində keçiriləcək böyük bir konfransda iştirak etmək üçün yenidən bu ölkəyə gedəcək.

Trampın Türkiyəyə səfərinin dəqiq tarixi isə hələ açıqlanmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər