Tramp Qasım Süleymani haqqında danışdı

Tramp Qasım Süleymani haqqında danışdı
20.06.2026 11:20 Dünya

ABŞ Prezidenti Donald Tramp iranlı general Qasım Süleymaninin zərərsizləşdirilməsini “Yaxın Şərq tarixinin ən mühüm hadisələrindən biri” adlandırıb.

TodayPress TV xəbər verir ki, Trampın sözlərinə görə, Süleymani son 100 ildə ən çox qorxu yaradan şəxslərdən biri olub və hətta İranın ali dini rəhbərliyinin nümayəndələri tərəfindən də ehtiyatla qarşılanıb.

ABŞ Prezidenti bildirib ki, Süleymani ABŞ-nin beş hərbi bazasına qarşı hücum hazırlayırmış. Trampın iddiasına görə, onun öldürülməsi planlaşdırılan hücumdan təxminən bir həftə əvvəl həyata keçirilib.

Tramp qeyd edib ki, bu əməliyyat regionda təhlükəsizliyin təmin olunmasına və mümkün itkilərin qarşısının alınmasına xidmət edib.

Qeyd edək ki, Qasım Süleymani 2020-ci ilin yanvarında İraqın paytaxtı Bağdad yaxınlığında ABŞ-nin həyata keçirdiyi hava əməliyyatı nəticəsində öldürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər