Tramp Rusiyaya qarşı sanksiyaları dəstəkləyə bilər

Tramp Rusiyaya qarşı sanksiyaları dəstəkləyə bilər
19.05.2025 12:28 Dünya

ABŞ prezidenti Donald Tramp senator Lindsi Qreemin hazırladığı Rusiyaya qarşı sanksiyalar paketini dəstəkləyə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. 

Nəşrin yazdığına görə, amerikalı rəsmilər Avropa İttifaqındakı həmkarlarına Trampın bu qanun layihəsinə dəstək verməyi nəzərdən keçirdiyini, əgər Moskva Ukrayna məsələsində güzəştə getməsə, bu variantın reallaşa biləcəyini bildiriblər.

Agentliyin məlumatına əsasən, Tramp Rusiya prezidenti Vladimir Putinlə gözlənilən telefon danışığı zamanı ona bildirməyi planlaşdırır ki, əgər sülh danışıqlarında irəliləyiş olmasa, bu təşəbbüsün qəbuluna mane ola bilməyəcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər