Tramp neftin taleyini İran müharibəsinə bağladı

Tramp neftin taleyini İran müharibəsinə bağladı
14.09.2026 21:20 Dünya

ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin İranla hərbi münaqişə başa çatdıqdan sonra kəskin şəkildə ucuzlaşacağını proqnozlaşdırıb.

TodayPress TV xəbər verir ki, Tramp bununla bağlı açıqlamasında ABŞ-də qiymət artımının əvvəlki prezident Co Bayden və onun administrasiyasının siyasəti ilə əlaqəli olduğunu bildirib.

Tramp qeyd edib ki, Baydenin prezidentliyi dövründə neftin qiyməti hazırkından daha yüksək olub. O, həmçinin ABŞ-nin İranın nüvə silahı əldə etməsinə imkan vermədiyini vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, neft istisna olmaqla, ölkədə bir sıra məhsulların qiymətləri sürətlə aşağı düşür. Onun sözlərinə görə, İranla hərbi münaqişə başa çatan kimi neftin qiyməti də “daş kimi” çökəcək.

Tramp münaqişənin yaxın zamanda başa çatacağını gözlədiyini deyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər