Tramp Kanada və Qrenlandiyanı ABŞ rənglərinə boyadı - FOTO
ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika, həmçinin Qrenlandiyanın Amerika bayrağının rənglərinə boyandığı xəritə dərc edib.
TodayPress TV xəbər verir ki, bu barədə paylaşımı o, "Truth Social" platformasında edib.
Tramp bu təsvirə hər hansı şərh əlavə etməyib. Xəritədə ABŞ bayrağının rənglərinə, xüsusən Mərkəzi Amerikanın, Karib regionunun bəzi ölkələri və İslandiya da boyanıb.
Qeyd edık ki, Amerika lideri daha əvvəl dəfələrlə, xüsusən Kanadanın və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olması imkanları barədə mülahizələr yürüdüb.
Xatırladaq ki, bununla yanaşı, Tramp sosial şəbəkədə ABŞ-nin Nyu-Meksiko ştatının "Nyu-Amerika" adlandırıldığı ABŞ xəritəsi dərc edib.
Aysel Mətləb