Tramp "Meksiko"nu sildi, "Amerika" etdi - FOTO
ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatını "Nyu-Amerika" kimi göstərən xəritə paylaşaraq ştat üçün yeni ad təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə paylaşımı o, "Truth Social" platformasında edib.
Şəkildə Nyu-Meksiko adındakı "Meksiko" sözünün üzərindən qırmızı xətt çəkilib və onun "Amerika" sözü ilə əvəz olunduğunu əks etdirən təsvir yerləşdirib.
Xatırladaq ki, Amerika lideri daha əvvəl "Truth Social"da çox adamın Nyu-Meksikonun adını "Nyu-Amerika" olaraq dəyişdirməyi təklif etdiyini yazıb.
Aysel Mətləb