Tramp: “İspaniya NATO-ya mənfi təsir göstərir”
İspaniya NATO-ya mənfi təsir göstərir və Vaşinqton, əvvəllər xəbərdarlıq edildiyi kimi, Madridlə ticarəti dayandıra bilər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində danışıb.
"İspaniyanın nə etdiyini bilmirəm. Onlar NATO ilə çox pis iş görürlər. Onlar qorunur, amma alyansın kollektiv müdafiəsinə öz paylarını vermək istəmirlər. Və onlar bunu illərdir edirlər".
Aysel Mətləb