Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ
ABŞ Prezidenti Donald Trampın Tehranın təslim olmasına nail olmaq məqsədilə İrana qarşı yeni hərbi əməliyyatlara göstəriş verdiyi iddia edilir.
TodayPress TV xəbər verir ki, KİV-in yaydığı məlumata görə, hücumların bu həftəsonu başlaması və bir neçə gün davam etməsi gözlənilir.
Bildirilir ki, əsas məqsəd İrana güclü hərbi təzyiq göstərərək rəsmi Tehranı danışıqlar masasına oturmağa məcbur etməkdir. Hələlik bu məlumatla bağlı ABŞ administrasiyası və ya İran tərəfindən rəsmi açıqlama verilməyib.