Tramp İrana 300 milyard dollar verəndir? - Təkzib etdi, özü də necə...
ABŞ Prezidenti Donald Tramp İranla bağlı yayılan məlumatları təkzib edib.
TodayPress TV xəbər verir ki, o, ABŞ tərəfindən İrana 300 milyard dollar ödəniş edilməsi barədə xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
"İrana ABŞ tərəfindən 300 milyard dollarlıq heç bir ödəniş yoxdur. Bunlar saxta xəbərlərdir", – Tramp qeyd edib.
ABŞ lideri ölkəsinin uğurlar əldə etdiyini vurğulayaraq, neft qiymətlərinin aşağı düşdüyünü və fond bazarındakı vəziyyətin bunu göstərdiyini bildirib.
Tramp, həmçinin yayılan məlumatların arxasında demokratların təbliğatının dayandığını iddia edib.